"Forsaj 7"- də gərgin Azərbaycan səhnələri - VİDEO

Avtosfer.az xəbər veri ki, bütün dünyanın səbirsizliklə gözlədiyi filmin premyerasına az qalmış azvision.az onunla bağlı maraqlı məlumatlar əldə edib.
Belə ki, ən həyəcanlı səhnələrdən birində filmin qəhrəmanları – aktyorlar Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceyson Stethemin oynadıqları personajların Azərbaycana gəldiyi məlum olacaq. Filmin təxminən ortalarında baş verəcək hadisələr zamanı Vin Dizel və onun “ailəsi” paraşütlərin bərkidildiyi avtomobillərlə havada olan təyyarədən yerə- Azərbaycana atılacaqlar.
Bundan sonra filmin qəhrəmanları Azərbaycan yollarında zirehli avtobusda qaçmağa çalışan cinayətkarları izləyir və onlar arasında amansız mübarizə başlayır. Filmdə bu hadisələrin Azərbaycan dağlarında, yollarında cərəyan etdiyi göstərilir.
Yada salaq ki, dünyaca tanınmış aktyor, "Forsaj" serialının ulduzu Vin Dizelin ötən ilin aprel ayında rəsmi “Facebook” səhifəsində paylaşılan bir şəkil xeyli maraq doğurmuşdu. Belə ki, meşəlik ərazidə çəkilmiş şəkilin yuxarı sağ küncündə Azərbaycanca yazı yazılmışdı.

Qeyd edək ki, "Bondiana"nın "Bütün dünya bəs etməz" adlı filmindən sonra bu,
hadisələri Azərbaycanda cərəyan edən ikinci qlobal blokbasterdir.
Rejissor Ceyms Vanın çəkdiyi filmdə Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceysom Stetem oynayırlar. 7-ci film eyni zamanda iki hissənin davamıdır: "Forsaj 6" və `Forsaj 3: Tokio drifti`. Belə ki, 3-cü hissədə öldürülən məşhur qanqsterin qardaşı Dekkard Şou (Ceyson Stetem) Dominik Toreronun dəstəsindən qisas almağa çalışır.
Filmin çəkilişlər ABŞ-ın Corciya, Kolorado ştatları, Dubay və Tokioda aparılıb. Azərbaycanda baş verəcək hadisələr Kolorado ştatında çəkilib. Filmin büdcəsinin 250 milyon dollar olduğu bildirilir.
Film əslində ötən ilin iyulunda ekranlara çıxmalı idi, amma Pol Uokerin qəfil ölümü ssenarini təzədən işləməyə vadar etdi.
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA








