Gəncə, Quba və Sabirabadda təbiətə 13 min manatdan çox ziyan vurulub - FOTO

Gəncə şəhəri, Quba və Sabirabad rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Xidmət araşdırma zamanı Gəncə şəhəri Fətulla Həsənov küçəsi 88 ünvanında vətəndaş Cahangir Məmmədov, Gəncə şəhəri Azərbaycan bayrağı küçəsi 456 ünvanında vətəndaş İmdad Bayramov, Quba rayonu Əski-İqriq kəndinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəhram Babayev, Sabirabad rayonunun Qaragüney kəndinin ərazisində vətəndaş Əlifağa Məmmədov tərəfindən ağac və kolların qanunsuz kəsildiyini və təbiətə 13050 manat məbləğində ziyan dəydiyini müəyyən edib.
Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY













