Hansı halda qonşunuzu kameraya görə məhkəməyə verə bilərsiniz? - Vəkildən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsi çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi norma formalaşdırıb. Belə ki, pleniuma əsasən, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüququn həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.
Avtosfer.az xəbər verir ki, tanınmış vəkil Ramil Vəliyev Manset.az-a açıqlamasında qəbul olunan hüquqi normanı şərh edib. O bildirib ki, formalaşdırılan hüquqi normaya görə, ümumi istifadədə olan dəhlizə sahib çoxmənzilli yaşayış binası sakinlərinin təhlükəsizlik məqsədilə kamera yerləşdirmək qaydalarına bəzi dəyişikliklər nəzərdə tutulub:
“Bu günə kimi hər kəsə bəlli idi ki, şəxsi həyatın toxunulmazlığı məsələsi mənzilin içərisinə aid idi. Qəbul olunan qərarla artıq bu anlayış genişlənir. Bildiyiniz kimi, bu məsələ ilə bağlı mübahisə gündəmə gəldi və iddia olundu ki, qonşunun öz mənzilinə giriş-çıxış qapısına quraşdırdığı kamera baxış bucağının düzgün quraşdırılmaması səbəbindən digər qonşunun şəxsi həyatının toxunulmazlığına xələl gətirir. Haqlı olaraq, Ali Məhkəmədə bununla bağlı qərar verildi ki, hər kəs öz təhlükəsizliyinə görə kamera quraşdıra bilər, amma bu zaman kameranın baxış bucağı düzgün seçilməlidir. Bu, digər qonşuların şəxsi və ailə həyatı toxunulmazlığı prinsipini pozmamalıdır. Burada mənəvi zərərin təmin olunması ilə bağlı xüsusi qeyd də var. Bu məbləğ situasiyaya uyğun olaraq məhkəmə tərəfindən təyin olunacaq”.
Vəkil qeyd edib ki, belə situasiyalarda ən başlıca sübut kamera görüntüsü hesab olunur:
Bizi Instagramda izləyin<<“Belə hallarla qarşılaşan vətəndaş müəyyən sübutlarla məhkəməyə müraciət edərək sübut etməlidir ki, qonşunun kamerasının baxış bucağı nəinki özünü, eyni zamanda mənim də mənzilimin giriş-çıxış hissəsini müşahidə edir. Bunu iddia tərəfi sübut etməlidir, əgər kamera görüntülərini əldə etməkdə iddia tərəfi üçün çətinlik yaradılırsa, iddiaçı məhkəməyə kamera görüntülərinin təmin olunması üçün vəsatət verə bilər. Bu əməl üçün hansısa cəza nəzərdə tutulmur, lakin plenium qərarından da görünür ki, sonrakı mərhələdə dəyən mənəvi zərərin qarşılanması üçün yenidən iddia qaldırıla bilər”.
R.Vəliyev qəbul olunan hüquqi normanın fərdi yaşayış evlərinə şamil olunub-olunmaması ilə bağlı məsələyə də aydınlıq gətirib. O vurğulayıb ki, burada söhbət daşınmaz əmlakın növündən - hansısa fərdi yaşayış evindən və ya çoxmənzilli yaşayış binasından getmir:
“Bu, Ali Məhkəmənin konkret iş üzrə mövqeyidir. Qərarda predmet olaraq çoxmənzilli binalardan söhbət getsə də, Ali Məhkəmənin formalaşmış mövqeyini şəxsi və ailə həyatının toxunulmazlığı baxımından fərdi yaşayış evlərinə də şamil etmək olar. Ali Məhkəmə hər bir evlə bağlı ayrı-ayrı qərar qəbul etməli deyil. Burada məsələ daşınmaz əmlakın növü deyil, məsələ qoyulan kameranın qonşunun şəxsi və ailə həyatının toxunulmazlığı prinsipini pozmamasıdır”, - deyə vəkil fikirlərinə əlavə edib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











