Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Qəsdən psixi təzyiq göstərilməsi və ya şəxs üçün dözülməz psixi şərait yaradılması da zorakılığın formalarından biri hesab olunur. Bu cür davranışlar insanın psixoloji vəziyyətinə ciddi təsir göstərə, onu qorxu, təzyiq içində saxlaya bilər.
Azərbaycan qanunvericiliyində belə halların qarşısının alınması və müəyyən hallarda məsuliyyətə cəlb olunması nəzərdə tutulurmu?
Avtosfer.az xəbər verir ki, Azərbaycan qanunvericiliyində “qəsdən psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılması” ifadəsi əsasən məişət zorakılığı kontekstində işlədilir.
Konkret şəraitdən asılı olaraq davamlı təhqir və alçaltma, qorxutmaq, şəxsi daim təzyiq altında saxlamaq, iradəsini qırmağa, davranışını zorla idarə etməyə yönəltmək, qəsdən sosial mühitdən təcrid etmək, davamlı psixoloji təzyiq göstərməklə şəxsdə ciddi mənəvi iztirab yaratmaq məişət zəminində psixi zorakılıq hesab olunur.
Cəzası nədir?
İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, məişət zəminində psixi zorakılığa görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulur. Bu norma yalnız əməl Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti yaratmadıqda tətbiq edilir.
Əgər psixi təzyiq daha ağır nəticələrə gətirib çıxarıbsa və ya başqa cinayətin tərkibini yaradırsa, məsələ artıq yalnız 158.2 ilə məhdudlaşmaya bilər. Məsələn, Cinayət Məcəlləsinin 133-cü maddəsində mütəmadi döymə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə ayrıca cinayət kimi nəzərdə tutulur./bizim.media
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi











