Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmi ilə Xəzərdəki təlimindən görüntülər - FOTO - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü tədris ilinin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) döyüş və təminedici gəmilər dəstəsinin taktiki təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi məqsədilə döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.
İki mərhələdə keçirilən təlimdə üzən gəminin saxlanılması və baxışın keçirilməsi, neft-qaz boru kəməri rayonlarında patrullama fəaliyyətinin icrası, gəmi taktiki qruplarda lövbərdə sualtı diversiya əleyhinə müdafiənin təşkili və birgə üzmə fəaliyyətlərinin icra edərək təyin olunmuş rayona dəniz keçidi, düşmənin şərti suüstü və hava hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra edilib.
Təlimin əsas məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərinin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, taktiki təlimə HDQ-nin 26 vahid gəmisi və 450 nəfər şəxsi heyəti cəlb olunub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












