Hərbi polisin yaranmasının ildönümü və Ramazan bayramı münasibətilə tədbir keçirilib - FOTO

Aprelin 10-da Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 32-ci ildönümü və Ramazan bayramı münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az- bildiriblər ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyev çıxışında şəxsi heyəti hərbi polisin yaranmasının ildönümü və Ramazan bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, 1992-ci ildə müdafiə nazirinin müvafiq əmri ilə yaradılan bu qurum çətin və şərəfli yol keçib. Bildirilib ki, hərbi polisin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı zamanı əsas səylər dövlətin və xalqın mənafeyinin müdafiəsinə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, qarşıya qoyulan tapşırıqların istənilən şəraitdə yerinə yetirilmə əzminin yüksək səviyyədə saxlanılmasına yönəldilib.
Tədbirdə hərbi polisin tarixi və xidməti fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Ramazan bayramı münasibətilə hərbi polisin şəxsi heyəti şəhidlərimizin məzarlarını ziyarət edib, şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları veriblər.



İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












