Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yeni imkanlar təklif edir - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaz mövsümündə sərnişinlərə yeni və genişlənmiş səyahət imkanları təklif edir.
Avtosfer.az Aeroporta istinadən xəbər verir ki, aparıcı aviaşirkətlər marşrut şəbəkələrini genişləndirərək, mövcud istiqamətlər üzrə uçuşların sayını artırır və səyahətləri daha rahat və əlçatan edir.
- Martın 2-dən etibarən “Air Astana” Bakı-Almatı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
- Martın 21-dən etibarən “Fly Arystan” Bakı-Aktau marşrutu üzrə reysləri bərpa edəcək.
- Martın 30-dan etibarən “Pegasus Airlines” Dalaman istiqamətində müntəzəm uçuşlara başlayacaq.
- “Flynas” Bakı – Dammam marşrutu üzrə birbaşa reyslərə start verəcək.
- “Uzbekistan Airways” Bakı – Daşkənd marşrutu üzrə uçuşların sayını həftədə dörd dəfəyə qədər artıracaq.
- Aprelin 15-dən “Aegean Airlines” Bakı – Afina marşrutu üzrə birbaşa reysləri bərpa edərək Yunanıstanla hava əlaqəsini yenidən açacaq.
- Aprelin 28-dən AZAL Tivat istiqamətində birbaşa uçuşlar açacaq və sərnişinlərə Monteneqronun füsunkar təbiətini kəşf etmək üçün unikal imkan yaradacaq.
Bundan əlavə, Roma, İstanbul, Küveyt və Ər-Riyad istiqamətlərində reyslərin sayı artırılacaq. Tel-Əvivə uçuşları artıq təkcə AZAL və Israir deyil, həm də Arkia həyata keçirəcək ki, bu da sərnişinlərə daha çox seçim imkanı verəcək.
Sərnişinlər həmçinin Avropa, Yaxın Şərq və Asiyanın əsas turistik və biznes mərkəzlərinə birbaşa uçuşlardan faydalana biləcəklər. Populyar istiqamətlərə Berlin, Paris, Vyana, Barselona, Praqa, Budapeşt, Dubay, Abu-Dabi, Küveyt, Dammam, Pekin, Urumçi, Maldiv adalarındakı Male, Şarm əl-Şeyx və digər şəhərlər daxildir.
Yaz aylarında hava səyahətlərinə olan ənənəvi yüksək tələbatı nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən sifariş etmələri və səyahətlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












