Heydər Əliyev Beynəlxalq Aeroportunda təhlükəsizlik məsələləri müzakirə olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyanın 6-cı iclası keçirilib. Avtosfer.az bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, iclasda “Azərbaycan Hava Yolları” QSC-nin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatı sahəsində güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.
Tədbir çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən sərnişinlərin təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi üçün qabaqcıl texnologiyaların və təcrübələrin tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.
İclasda aviasiya infrastrukturunun səmərəli fəaliyyətini təmin etmək məqsədilə gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının strateji istiqamətləri müəyyən edilib, aviasiya təhlükəsizliyi mədəniyyətinin geniş tətbiqinin və birgə əməkdaşlığın zəruriliyi vurğulanıb.
İdarələrarası Komissiya Azərbaycanda aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mütəmadi olaraq iclaslar keçirir.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI













