Heydər Əliyev Beynəlxalq Aeroportunun strateji rolu - FOTOREPORTAJ

Heydər Əliyev Beynəlxalq Aeroportu Azərbaycanın əsas hava qapısı və Cənubi Qafqazın ən böyük aviasiya mərkəzlərindən biridir. Avtosfer.az “PhotoStock.az”a istinadən xəbər verir ki, Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşən aeroport ölkənin beynəlxalq hava nəqliyyatı sistemində strateji rol oynayır və regionun əsas tranzit qovşaqlarından hesab olunur. 2014-cü ildə istifadəyə verilmiş müasir "Terminal 1" innovativ memarlıq həlli, yüksək xidmət standartları və sərnişin rahatlığı ilə seçilir. Aeroportun ümumi illik sərnişin tutumu 9 milyon nəfərə çatır. Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq səviyyədə yüksək qiymətləndirilir və dəfələrlə "Skytrax" şirkəti tərəfindən Mərkəzi Asiya və MDB məkanının ən yaxşı hava limanlarından biri seçilib. Aeroport sərnişin təcrübəsi, xidmət keyfiyyəti və innovativ həllərə görə regionun qabaqcıl aviasiya mərkəzlərindən biri hesab olunur. 2024-cü ildə hava limanı 7.5 milyondan çox sərnişinə xidmət göstərərək tarixinin ən yüksək göstəricisini qeydə alıb və regionun aparıcı aviasiya qovşaqlarından biri kimi mövqeyini daha da gücləndirib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan fotoreportajı təqdim edirik:
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
























