Heydər Əliyev prospektinin bir hissəsində yol bağlanır

Heydər Əliyev prospektinin Böyük Şor qovşağının qarşısından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində dünən gecə saat 2 radələrinə qədər alfalt-beton örtüyünün vurulması işləri tamamilə yekunlaşıb. Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat katibi Pünhan Mürsəliyevin məlumat verib. P.Mürsəliyevin sözlərinə görə, Böyük Şor qovşağından Bağırov körpüsünə qədər xətlənmə işləri də yekunlaşıb: “Hazırda Bağırov körpüsünün qarşısından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissədə kommunikasiya quyularının baxış qapaqlarının dəyişdirilməsi, yəni asfalt-beton örtüyünün səviyyəsi ilə eyniləşdirilməsi işləri gedir. Hava şəraiti imkan versə, bu gün Bağırov körpüsünün qarşısından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissədə də xətlənmə işləri başa çatdırılacaq.”.
“Azəryolservis” rəsmisi bildirib ki, yaxın bir-iki gün ərzində Heydər Əliyev prospektinin Böyük Şor qovşağının qarşısından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan əsas hissəsinin istifadəyə verilməsi üçün bütün qüvvələr səfərbər edilib.
P.Mürsəliyev həmçinin qeyd edib ki, bu gün axşamdan aprelin 11-dən 12-nə keçən gecə Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyük Şor qovşağına olan əsas hissəsi bağlanacaq: “Orada da təmir işlərinə başlanılacaq. Yəni, prospektin şəhər istiqamətindən Böyük Şor qovşağına qədər olan yolun əsas hissəsi bağlanacaq. Köməkçi yolların hər ikisi də açıq olacaq. Hava şəraiti imkan versə, çalışacağıq ki, bu işləri tez bir zamanda yekunlaşdıraq”.
Nurlan
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












