Heyvansevən xanımdan İRAD: “İçərişəhərdə belə problemlər var...” - FOTO

İçərişəhər paytaxtın gözəlliklərindən biridir. Bura yerli və xarici turistlərin böyük marağına səbəb olur. Sözügedən ərazi həm də pişiklərin məskəni kimi tanınır. Təhlükəsiz yer sayıldığı üçün kənardan pişik gətirib qoruğun ərazisinə buraxanlar da olur.
Avtosfer.az xəbər verir ki, İçərişəhər sakini olan xanımın bu barədə dedikləri sosial şəbəkələrdə geniş yayılıb.
O, bildirib ki, qoruq ərazisində mağaza yoxdur, pişikləri ancaq yerli sakinlər yedirtməlidir. Lakin bu işə həvəs göstərənlər çox deyil. Xanım isə hər ay təqaüdündən pul ayırıb, pişiklərə yem alır.
Qeyd edək ki, belə vətəndaşlar təkcə İçərişəhər ərazisində yox, paytaxtın müxtəlif yerlərində küçə heyvanlarının əsasən də pişiklərin qayğısına qalır. Heyvanlara olan sevginin bu şəkildə göstərilməsi ürəkaçan olsa da, qeyd edilən və bu kimi problemlər narahatlıq doğuran məsələlərdəndir.
Məhəbbət Tərlanoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













