Hökumət: Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir. Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin, səhiyyə, sosial müdafiə, mədəniyyət və idman, məktəb və məktəbəqədər təhsil müəssisələrinin qurulması və digər ictimai xidmətlərin təşkili yaradılması, habelə maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlərin icrası davam etdirilir. Artıq bir neçə təhsil müəssisəsi tikilərək istifadəyə verilib: “Bununla yanaşı, özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq ərazilərdə bərpa və yenidənqurma prosesinə maliyyə dəstəyinin genişləndirilməsi, sərmayələrin cəlb edilməsi büdcə vəsaitinə qənaət edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun aidiyyəti üzrə baxıla bilər”.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










