İki mərtəbəli qatarlar gəlir

Bu gün Azərbaycan Dəmir Yolları ASC ilə İsveçrənin Stadler Rail Group şirkəti arasında müqavilə imzalanıb.
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi 5 ədəd ikimərtəbəli qatarın alınması üzrə şirkətlə razılıq əldə edib. Bu qatarlar uzunmüddətli kredit yolu ilə götürülüb. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin tələbatını ödəmək üçün bütün şərait yaradılıb. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes- sinfinə aiddir. İlk iki qatar bu ilin iyun ayında ölkəyə gətiriləcək.
Yeni qatarlar I Avropa Oyunları zamanı Olimpiya oyunları stadionu və Bakı dəmir yolu vağzalı arasındakı sahədə istismar ediləcək. Sonuncu qatarlar isə 2016-cı ilin yanvar ayınadək gətiriləcək. Bundan sonra həmin 5 elektrik qatarlar Bakı-Sumqayıt istiqamətində xəttə buraxılacaq.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












