İşlədiyi yeri və 8 maşını soydu - FOTO

Sabirabaddan Bakıya işləməyə gələn 20 yaşlı gənc oğurluğa başlayıb. Avtosfer.az-ın RTV-yə istinadən verdiyi məlumata görə, Sabirabad rayonundan paytaxda işləmək məqsədilə gələn Pərviz Hüseynli bir müddətdən sonra daha asan yolla qazanc əldə etmək fikrinə düşüb. 20 yaşlı gənc ilk olaraq 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən kafelərin birində ofisiant işləyərkən seyfdən 1700 manat nəğd pul oğurlayıb. Daha sonra oğurluğu özünə peşə seçən gənc şəhərin, əsasən, 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda 8 avtomobili soyub.
Binəqədi polisi tərəfindən saxlanılan Pərviz Hüseynli törətdiyi cinayət əməllərini səmimi etiraf edib: “Maşınların içindən pul, maqnitafon aparmışam. Çox vaxt maqnitafonu götürmürdüm, daha çox pul, qızıl, telefon götürürdüm. Onları da cəmi 2000 manata yaxın pula satıb, xərcləmişəm pulu”.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












