İki küçənin kəsişməsində təhlükəli vəziyyət: Kameralar işləmir? - ANBAAN VİDEO

“Qeyd edilən ərazidə zolaqlarda hərəkəti bildirən yol nişanı mövcuddur. Sürücülər bu yol nişanının tələbinə riayət etməlidirlər”.
Bu sözləri Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, sürücü yol ayrıcına çatmazdan öncə hansı istiqamətə gedəcəksə, müvafiq zolaqda hərəkətini davam etdirməlidir:
“Bəzi sürücülər ən sağ zolaqdan sola manevr edirlər ki, bu da qayda pozuntusudur. Bundan əlavə bu cür sürücülər yollarda sıxlığın yaranmasına səbəb olurlar, eləcə də qəza şəraiti yaradırlar. Həmin qayda pozan sürücülər aşkarlandıqları zaman qanunamüvafiq tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, vətəndaş sözügedən ərazidə müşahidə kamerasının işləmədiyini iddia etsə də aidiyyəti qurumdan bildirilib ki, kameralar işlək vəziyyətdədir.
***
Paytaxtın Həsən bəy Zərdabi və Əsəd Əhmədov küçələrinin kəsişməsində quraşdırılan müşahidə kameralarının işlək vəziyyətdə olmaması ilə bağlı iddialara aydınlıq gətirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, səsləndirilən iddialar əsassızdır:
“Kameraların işləməməsilə bağlı iddialar əsassızdır. Adıçəkilən ərazidə quraşdırılan müşahidə kameraları işlək vəziyyətdədir”.
10:16
Sürücülər paytaxtın Həsən bəy Zərdabi və Əsəd Əhmədov küçələrinin kəsişməsində kobud qayda pozuntusuna yol verirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə sürücülər məlumat paylaşıb.
Onlar iddia edirlər ki, uzun müddətdir buradakı müşahidə kamerası işləmir:
“Təəssüf ki, bəzi sürücülər də bu vəziyyətdən sui-istifadə edirlər. Hər gün burada eyni hallar təkrarlanır, yol hərəkəti qaydaları kütləvi şəkildə pozulur. Videodakı 77-EZ-143 dövlət nömrə nişanlı KIA markalı nəqliyyat vasitəsinin sürücüsü kimi bir çox sürücü “düzünə hərəkət məcburi istiqamət nişanı”nın tələbini pozaraq, sola dönür və qəza şəraiti yaradır. Müşahidə kameraları işləmədiyindən onlar cəzasız qalırlar və qayda pozuntularının sayı artır”.
Həmin görüntüləri təqdim edirik:
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA










