İKT həlləri ilə təyyarələrin yanacaq sərfiyyatını azaltmaq mümkündür - AZAL

İKT həllərindən daha yaxşı istifadə etməklə təyyarələrdə yanacaq istehlakını azaltmaq olar.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin müşaviri Əfqan Baxışov Bakıda keçirilən Qlobal Gənclər Günündə (GYC-25) bildirib.
Onun sözlərinə görə, aviasiyada əsas məsələ təyyarələrdir: "Təyyarə bir marşrutdan digərinə uçan zaman yanacaq istifadə edir. Təyyarələr çox yanacaq sərf etdikdə isə müəyyən mənada hava məkanımız və ətraf mühitimiz də çirklənir. Buna görə də yanacaq doldurma prosesi də bizə daha səmərəli olmağa, işimizi optimallaşdırmağa kömək edəcək İKT həllərinə ehtiyac duyur".
Ə. Baxışov qeyd edib ki, İKT həllərindən daha yaxşı istifadə etməklə yanacaq istehlakını azaltmaq olar: "Eyni zamanda, bu davamlı inkişaf üçün daha yaxşıdır. Buna görə də biz bu imkandan daha çox istifadə etməyə çalışırıq".
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












