İran sərhədində qalan azərbaycanlı TIR sürücüləri vətənə keçib - VİDEO
İrandan üçüncü ölkəyə tranzit olaraq yük daşıyan Azərbaycan vətəndaşı olan TIR sürücüləri 3 aydan sonra vətənə keçə bilib. Avtosfer.az xəbər verir ki, bu barədə sürücülər sosial şəbəkələrdə video paylaşıblar.
Bu müddət ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sürücülərlə maraqlanıb və aidiyyəti üzrə qarşı tərəflə danışıqlar aparıb. Nəticədə sürücülər sərhəddən buraxılaraq Azərbaycana keçiblər. Yaydıqları videomüraciətdə sürücülər onlara kömək edən dövlət orqanlarına təşəkkürlərini bildirib.
Xatırladaq ki, Azərbaycan üzərindən keçməklə Rusiyaya yuyucu toz aparan sürücülərin sənədlərində problem olduğu əsas gətirilərək sərhəddə saxlanılıb.
Rusiyaya daşınan yük İran şirkətinə məxsus olub. Daha əvvəl də videomüraciət yayan sürücülər idda edirdilər ki, onların avtomobilləri müsadirə olunaraq Rəşd şəhərinə aparılacaq. Bundan sonra məhkəmə prosesi keçiriləcək ki, bu da ən azı 2-3 il vaxt alacaq.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












