İranın əsas aeroportları bağlandı – RƏSMİ

İran mediası bildirib ki, şənbə günü İsrailə raket və dron hücumlarından sonra təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən İranın əsas hava limanlarına və oradan uçuşlar aprelin 15-i səhər saat 6-ya qədər dayandırılıb.
Bu barədə məlumatı ISNA agentliyi yayıb.
İran Hava Limanları və Hava Naviqasiya İdarəsi Şirkətinin sözçüsü Rza Karqar ISNA-ya bildirib ki, Tehran, İsfahan, Şiraz, Buşehr, Həmədan, İlam, Sənəndəc, Təbriz, Ərdəbil, Urmiya, Kirmanşah, Xürrəmabad, Əhvaz, Abadan da daxil olmaqla, demək olar ki, bütün hava limanlarından uçuşların təxirə salınması barədə məlumat verilib.
İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru qeyd edib ki, xəbərdarlığın müddəti uzadılacağı təqdirdə uçuşlar ləğv edilməyə davam edəcək və xəbərdarlıq uzadılmadığı təqdirdə uçuşlar bərpa olunacaq.
Musavat.com
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












