Kanat qəzası hansı hallarda baş verir?

Ötən gün "Şəki yaylası"nda faciəvi kanat qəzası baş verib. Xəbər yayıldığı ilk anlarda trosun qırıldığı iddiaları səslənsə də araşdırmalar zamanı məlum olub ki, hadisə trosun qırılmasından deyil, güclü küləkdə "zipline"nın roliklərinin çıxması səbəbindən baş verib. Nəticədə isə bu cür qurğularda təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. Hər kəsi maraqlandıran əsas sual isə beynəlxalq təcrübədə belə qəzaların qarşısının necə alındığıdır.
Avtosfer.az day.az-a istinadən xəbər verir ki, beynəlxalq təcrübədə əyləncə attraksionları, kanat xətləri və digər troslu qurğuların istismara verilməsi üçün kəskin təhlükəsizlik protokolları və texniki standartlar (məsələn, Avropa standartı EN 13814 və ASTM International standarları) tətbiq olunur.
Bu avadanlıqlar yalnız mexaniki dözümlülük, materialların yorğunluq testi, hidravlik və avtomatik əyləc sistemlərinin tam işlək olması təsdiqləndikdən sonra vətəndaşların istifadəsinə verilir. Praktikada layihələrin ilkin mərhələsində virtual kompüter testləri həyata keçirilir, ardınca isə dövlət müfəttişləri və müstəqil mühəndislik institutları tərəfindən illik və mövsümi sertifikatlaşdırma (lisenziyalaşdırma) aparılır. Sistemdə konstruktiv çat, trosların yeyilməsi, ehtiyat generatorların yoxluğu və ya fiksasiya kəmərlərində xəta aşkarlandıqda qurğunun fəaliyyətinə dərhal qadağa qoyulur. Həmçinin küləyin sürəti normanı (adətən 15 m/san) keçdikdə və ya tufan anında mexanizmlərin istifadəsi qəti şəkildə dayandırılır.
Qlobal statistika göstərir ki, bu sahədə qəza faizi digər nəqliyyat və əyləncə növləri ilə müqayisədə olduqca aşağıdır, lakin baş verən insidentlər fəlakətli nəticələrə yol aça bilir. Beynəlxalq Kanatlı Nəqliyyat Təşkilatının (OITAF) və sahəvi araşdırmaların məlumatına görə, kanat yollarında ölüm halı hər 100 milyon sərnişinə cəmi 0.1 səviyyəsindədir. Bu da avtomobil qəzalarından yüzlərlə dəfə təhlükəsiz sayılır.
Buna baxmayaraq, beynəlxalq media hesabatlarına əsasən, əyləncə parklarında hər il orta hesabla 180-dən çox ciddi qəza hadisəsi qeydə alınır. Onların təxminən 50-si ölümlə nəticələnir. Təhlillər sübut edir ki, faciələrin 60%-dən çoxu məhz mexaniki nasazlıqlar və idarəetmə zəncirindəki boşluqlar ucbatından yaranır, qalan hissəsi isə sərnişinlərin təhlükəsizlik qaydalarını pozması və qəfil tibbi reaksiyalarla (məsələn, ürək tutması) bağlı olur.
Ekstremal troslu alətlərdən olan ziplaynlar (zipline) isə əyləncə parklarındakı sabit attraksionlara nisbətən daha yüksək risk daşıyır. Məsələn, ABŞ-da aparılan tədqiqatlar göstərir ki, ziplaynlarda hər il 3500-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri (əsasən sınıqlar və travmalar) alır. Lakin son onillikdə qeydə alınan ölüm sayı ümumilikdə 16-dır.
Praktik tənzimləmədə qəzaların qarşısını almaq üçün rəqəmsal monitorinq sistemlərindən və "double-check" (ikiqat yoxlama) prinsipindən istifadə edilir. Avtomatlaşdırılmış datalar və mütəmadi olaraq aparılan rentgen (NDT) skanları vasitəsilə trosların daxili strukturu yoxlanılır. Bu da insan faktorundan qaynaqlanan səhvləri minimuma endirməyə kömək edir.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












