Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq.
Uzun müddətdir bu xəbəri gözləyən sakinlər deyirlər ki, artıq bu evlərdə yaşamaq mümkün deyil.
Bəzi sakinlər isə təklif olunan kompensasiya ilə razılaşmadığını bildirir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planına əsasən artıq ötən ildən 200-dən çox qəzalı və istismar müddətini bitirmiş binaların söküntüsünə start verilib. O ki qaldı bu ərazilərdə sakinlərə veriləcək kompensasiyalara, o barədə hələ ki, heç bir informasiya yoxdur.
Vüqar Oruc onu da əlavə edib ki, söküntü prosesinin həm investorlar, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur. İnvestoralar tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası, dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması plalaşdırılır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












