Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO

Son illər Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərdə bir sıra layihələrin icrası sürətlə davam etdirilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən mühüm infrastruktur layihələrindən biri olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi yekunlaşmaq üzrədir. Bu layihə təkcə ölkənin nəqliyyat infrastrukturunun genişləndirilməsi baxımından deyil, həm də regionun iqtisadi və tranzit potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, bu dəmir yolu layihəsi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısının formalaşmasında vacib rol oynayacaq. Layihənin tamamlanması ilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranacaq.
Zəngilana səyahət edən nəqliyyat eksperti, Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi hesab edilən dəmir yolu xəttində görülən son işlərlə tanış olub. O bildirib ki, artıq Horadiz–Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85, tikinti-quraşdırma işlərinin isə 73%-i yerinə yetirilib.

“Horadiz–Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə uzunluğu isə 140,6 km-dir. Layihə çərçivəsində xətt üzrə 8 stansiyanın (Yuxarı mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) inşası planlaşdırılır. Horadiz stansiyası mövcuddur. Bundan başqa, 600-ə yaxın süni mühəndis qurğusu, o cümlədən körpü, tunel, qalereya və müxtəlif keçidlərin tikintisi aparılır. İnşa edilən körpülərdən biri 771 metr uzunluğa və 20 aşırıma malik olmaqla Azərbaycanda ən uzun dəmir yolu körpüsüdür. Dəmir yolunun üçüncü mərhələsi üzrə 3 tunel inşa edilir. Onlardan biri Azərbaycanın müstəqillik dövründə qapalı üsulla tikilmiş ilk dəmir yolu tunelidir və uzunluğu 677 metrdir. 1071 metr uzunluğu olan digər tunel isə ölkənin ən uzun dəmir yolu tunelidir. Tunelin tikintisində müasir texnologiyalar və beynəlxalq standartlarr tətbiq olunur.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin təhkim zolağı və xüsusi mühafizə zonası boyunca ümumilikdə eni 60 metr olan ərazilərin minadan təmizlənməsi işləri başa çatdırılıb, əlavə genişlənmələrin tələb olunduğu hissələrin isə minadan təmizləməsi işləri davam etdirilir. Eyni zamanda, dəmir yolu xəttinin 72–82 km hissəsində yolun oxunun dəyişdirilməsi səbəbindən minatəmizləmə işləri təkrar olaraq yerinə yetirilib.
Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə 75,6 km, yan yollarla birlikdə isə 87 km hissəsində rels-şpal çərçivələri qoyulub, həmçinin 65,6 km hissəsinə isə uzunölçülü relslərin quraşdırılması işləri tam şəkildə başa çatdırılıb. Hazırda xəttin 77–106 km aralığında torpaq işləri və mühəndis qurğuların tikintisi işləri davam etdirilir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir. Horadiz, Yuxarı Mərcanlı və Şükürbəyli dəmir yolu stansiyalarını da əhatə edən xəttin 0–30 km hissəsi (1-ci mərhələ) üzrə tikinti işlərinin 89%-i (o cümlədən 13 körpü, 4 heyvan keçidi) başa çatıb. Soltanlı, Qumlaq, Həkəri və Mincivan dəmir yolu stansiyalarını da əhatə edən xəttin 30–85 km hissəsi (2-ci mərhələ) üzrə inşaat işlərinin 80%-i (o cümlədən 22 körpü, 5 yolötürücü və üst keçid, 5 alt keçid, 373 m uzunluğunda 1 tunel, 1 qalereya) yerinə yetirilib.
Horadiz-Ağbənd dəmir yolu xəttinin 3-cü mərhələsi Mincivan, Bartaz və Ağbənd dəmir yolu stansiyalarını da daxil olmaqla 85–110 km hissəni əhatə edir. Burada tikinti işlərinin 53%-i (o cümlədən 5 körpü, 2 alt keçid, 2 tunel) yerinə yetirilib. Hazırda 1 ədəd tunelin və 2 ədəd qalereyanın tikinti-quraşdırma işləri davam etdirilir”.
Səfər
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO











