Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”

Bakıda nəqliyyat sıxlığının azaldılması yolları ilə bağlı müxtəlif təkliflər səslənir. Bu təkliflər arasında bəzi ərazilərdə velosiped zolaqlarının ləğv edilməsi və lisenziyalı taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilməsi də var. Təşəbbüs müəllifləri bunun yol hərəkətinin təşkilinə və tıxacların azaldılmasına müsbət təsir göstərə biləcəyini düşünürlər. Digər tərəfdən, velosiped və avtobus zolaqlarının şəhər nəqliyyat sistemində funksiyası və onların ləğvinin mümkün nəticələri də müzakirə olunur. Bəs bu yanaşma nə dərəcədə realdır və Bakının nəqliyyat probleminin həllinə hansı təsiri göstərə bilər?
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Herbiand.az-a açıqlamasında velosiped zolaqlarının gələcəkdə ləğv edilməsi ehtimalı, mikromobillik vasitələrinin avtobus zolaqlarında hərəkəti və taksilərin avtobus zolaqlarından istifadəsi məsələlərinə münasibət bildirib.
Ekspert qeyd edib ki, hazırda velosiped zolaqlarının ləğvi ilə bağlı hər hansı müzakirə aparılmır: “Velosiped zolaqlarının ləğvi ilə bağlı hazırda hər hansı konkret qərar və ya müzakirə yoxdur. Əgər gələcəkdə icazəli və lisenziyalı taksilərin avtobus zolaqlarından istifadəsinə şərait yaradılarsa, eyni yanaşmanın velosiped, skuter və mopedlərə də tətbiqi məsələsi gündəmə gələ bilər. Belə bir halda mikromobillik vasitələrinin avtobus zolaqlarında hərəkətinə icazə verilərsə, ayrıca velosiped zolaqlarına ehtiyacın azalması və ya onların funksiyasına yenidən baxılması mümkündür. Lakin hazırda belə bir məsələ müzakirə edilmir. Əksinə, hazırda mikromobillik vasitələri üçün ayrıca zolaqların yaradılması istiqamətində işlər davam etdirilir və bu zolaqların sayının artırılması ilə bağlı planlar mövcuddur”.
Onun sözlərinə görə, gələcəkdə taksilərin sayı azaldılarsa, yəni Bakı şəhəri üçün nəzərdə tutulan 25 minlik kvota çərçivəsində fəaliyyət göstərən taksilərin sayının optimallaşdırılması və həmin taksilərə avtobus zolaqlarından istifadə icazəsinin verilməsi məsələsinə baxmaq olar.
“Mən yaxın vaxtlarda da bu təklifi səsləndirmişəm və AYNA rəhbərliyi ilə bu məsələni dəfələrlə müzakirə etmişik. Hesab edirəm ki, bu, gələcəkdə nəqliyyat sıxlığının azaldılması istiqamətində mümkün həll yollarından biri ola bilər. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, bəzi ölkələrdə avtobus zolaqlarından yalnız müəyyən kateqoriyaya aid, əsasən VIP və komfort taksilərin istifadəsinə icazə verilir. Bu xidmətlər, adətən, daha yüksək tariflərlə təklif olunur. Sərnişin isə tıxacda vaxt itirməmək, daha rahat və sürətli hərəkət etmək üçün belə taksilərə üstünlük verir və avtobus zolağından istifadə imkanından yararlanır. Bu yanaşma eyni zamanda dövlətin nəqliyyat siyasəti çərçivəsində əlavə gəlir imkanlarının formalaşdırılması baxımından da tətbiq olunur. Bir sıra ölkələrdə belə modellər mövcuddur. Azərbaycanda gələcəkdə bu istiqamətdə hər hansı addımın atılıb-atılmayacağını indidən demək çətindir. Lakin hesab edirəm ki, bütün tərəflərin maraqlarını nəzərə alan və nəqliyyat sisteminin səmərəliliyinə xidmət edən ortaq model tapmaq mümkündür”-deyə, o, bildirib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO












