Keçmiş kürəkəninin toy xəbərindən sonra xəstəxanaya yerləşdirildiyi deyilən sabiq deputat DANIŞDI

İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin səhhəti pisləşib.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib.
Belə ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir.
Seymur Orucovun eks-həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev keçmiş kürəkənin ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib.
Toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb.
Bu xəbərdən sonra sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir.
Qeyd edək ki, S.Orucovun birinci evlilikdən dörd övladı var.
Keçmiş kürəkəni, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun ikinci dəfə ailə həyatı qurması xəbərindən sonra xəstəxanaya yerləşdirildiyi deyilən sabiq deputat Şəmsəddin Hacıyev açıqlama verib.
“Qaynarinfo”ya açıqlama verən keçmiş millət vəkili səhhətində problem yaranması barədə xəbəri təkzib edib.
“Hazırda evimdəyəm. Oturub yazılarımı yazıram. Ailəmlə bağlı yayılan məlumatlara münasibət bildirmək istəmirəm. Hər şey əladır və barəmizdə artıq-əskik heç nə yazılmasın”, - deyə o qeyd edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












