Kənddə müəllimlər barədə şayiə yayan şəxs həbs edildi

Qobustan rayonunun kəndlərindən birində müəllimlər barədə şayiələr yayan şəxs məsuliyyətə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, məktəblərdən birinin direktoru, müavinləri və bir qrup müəllim iclas keçirərək kənd sakini, 1980-ci il təvəllüdlü İlqar Rəsulov (şərti) barəsində şikayət edilməsi barədə qərar qəbul ediblər.
Onların iddiasına görə, həmin şəxs həyat yoldaşını məktəbə müəllim vəzifəsinə işə düzəltmək istəyib. Lakin İ.Rəsulovun həyat yoldaşı MİQ imtahanından keçə bilmədiyi üçün vakansiyaya uyğun olmayıb. Bundan sonra İ.Rəsulov məktəbə gələrək müəllimləri və rəhbərliyi təhqir edib, həmçinin kənddə kişi müəllimlər barədə xoşagəlməz şayiələr yaymağa, onları nüfuzdan salmağa çalışıb.
Məktəbin tərtib etdiyi akt əsasında Qobustan Rayon Polis Şöbəsində araşdırma aparılıb və İ.Rəsulov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol yazılıb.
İ.Rəsulov ifadəsində bildirib ki, həyat yoldaşı əvvəllər məktəbdə müəllim işləyib, lakin sonra işdən çıxarılıb:
“Bundan sonra oğlumu kənd məktəbindən çıxarmaq qərarına gəldim və onunla birgə kitablarını məktəbə təhvil verməyə getdim. Bu zaman kitabların verilmə prosesini videoya çəkmək istəyirdim. Məktəb rəhbərliyi buna görə məndən şikayət edib”.
Qobustan Rayon Məhkəməsinin qərarı ilə ona beş sutka inzibati həbs cəzası verilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












