Kişilərə görüntülü zəng edib intim video çəkən dəstə üzvləri saxlanıldı - FOTO

Sosial şəbəkələrdə saxta qadın profilləri ilə kişiləri şantaj edən dəstə üzvləri saxlanılıb. Bu barədə azərbaycanlı texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat yayıb: "Son dəqiqə! Türkiyədə əməliyyat! Bolqar mafiyasına 7 bölgədə əməliyyat həyata keçirildi. 18 nəfər bolqar saxlanılıb. Üzərilərində külli miqdarda pul, 47 bank kartı, 27 sim kart, 33 telefon aşkarlanıb. Bu qrup mənim danışdığım və rəhbərlərinə salam göndərdiklərimdəndir" - deyə F.Pərdəşünas bildirib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Tekirdağ Təhlükəsizlik Baş İdarəsi Asayiş Şöbəsi və Tekirdağ Respublika Baş Prokurorluğunun həyata keçirdiyi əməliyyat nəticəsində dəstə üzvləri saxlanılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, həmin dəstə 171 zərərçəkmiş şəxsdən şantaj yolu ilə təxminən 30 milyon TL məbləğində pul mənimsəyiblər.
Könül
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













