Kredit götürən şəxs dünyasını dəyişərsə, BORCU KİM ÖDƏMƏLİDİR?

"Kredit götürən şəxs vəfat etdikdə, əgər kredit məbləği tam və ya qismən sığortalanıbsa, sığorta şirkəti həmin nisbətdə məbləği ödəməlidir".
Avtosfer.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, kredit məbləği sığrtalanmadıqda isə, həmin kreditlə bağlı zamin və ya zaminlər varsa, adətən bank ödənişləri həmin zamin(lər)dən tutulmaya yönəldir.
Hüquqşünas deyir ki, zamin də olmadıqda, bank kredit götürdükdən sonra dünyasını dəyişmiş şəxsin mirasını qəbul etmiş şəxslərdən kredit məbləğini tələb edə bilər: "Yəni vəfat etmiş borclunun krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlakla borcu ödəməlidirlər. Çünki Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar".
"Həmçinin vəfat edən şəxsin əvəzinə borcu ödəmiş zamin(lər) də vərəsələrdən həmin məbləği tələb etmək hüququna malikdirlər. Əgər vəfat edən şəxsin mirası yoxdursa, yaxud vərəsələri mirası qəbul etmirlərsə, o halda bank vərəsə hesab edilən şəxslərdən kreditin ödənişi tələb edilə bilməz", - R.Əliyev əlavə edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












