Küçənin həm sağına, həm soluna çəkilən velosiped zolağı sual yaratdı - AÇIQLAMA + FOTO

Bakının mərkəzində yolun həm sağ, həm də sol hissəsinə velosiped zolağının çəkilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub.
Oxu.az xəbər verir ki, söhbət Bülbül prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissəsindən gedir.
Qeyd olunur ki, onsuz da, hərəkətin intensiv olduğu və daim sıxlıq müşahidə edilən yolun hər iki tərəfində velosiped zolağının çəkilməsi sürücülərin işini çətinləşdirəcək.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Orucov açıqlamasında qeyd edib ki, sözügedən ərazidə yolun sağ hissəsində də velosiped zolağının çəkilməsi metronun “Sahil” stansiyası ilə əlaqələndirmənin təmin olunmasına xidmət edir.
Məlumatda vurğulanır ki, həmin zolaq əvvəlcədən mövcud olan və əsasən, qanunsuz parklanma üçün istifadə edilən cibin hesabına təşkil edilib.
Fotoları təqdim edirik:
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












