Maaş və pensiayalar yenidən artacaq? - Nazirlikdən RƏSMİ CAVAB

Azərbaycanda maaş, pensiya və müavinətlərin yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb. Sosial mediada gedən müzakirələrə həm vəzifəli şəxslər, həm də iqtisadçılar tərəfindən münasibət gəlib.
Maaş və pensiyaların artırılmasına əsas kimi neft və qaz satışından əldə olunacaq əlavə gəlirlər göstərilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi yutub səhifəsinə "Maaş və pensiyalara yenidən baxıla bilər" başlıqlı video da yerləşdirilib. Nazirliyə məxsus platformaya bu məzmunda videonun yerləşdirilməsi mövzunu daha da gündəmə gətirib.
Qeyd edək ki, ARB kanalında yayımlanan "Günə doğru" verilişində deputat Vahid Əhmədovdan sitat gətirilir ki, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır.
Azərbaycanda pensiya və maaşların yenidən artırılacağı ilə iddialar həqiqəti əks etdirirmi? Müharibə veteranı və iştirakçılarının pensiyası artırıla bilərmi? Bu istiqamətdə müzakirələr gedibmi? Bu suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin baku.ws-in sorğusuna cavabı belə oldu:
"Aparılan sosial islahatların mühüm istiqamətini sosial ödənişlərin, o cümlədən pensiya və əməkhaqlarının artırılması təşkil edir.
Bu istiqamətdə növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb. Ümumilikdə hər il pensiyalarda, əməkhaqlarında davamlı artım özünü göstərir.
Xüsusilə 2028-2023-cü illərdə 4 sosial islahat paketi icra olunmaqla minimum pensiyada 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, orta aylıq əməkhaqqında 70 faizdən çox artım baş verib. Bütün bu rəqəmlər ölkəmizdə sosial ödənişlərin artım dinamikasının davamlı xarakter aldığını göstərir.
Müharibə veteranları da aylıq təqaüdlə təmin olunmaqla yanaşı, onların aktiv məşğulluq proqramlarına cəlb olunması işləri aparılır. Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi çərçivəsində həmin kateqoriyalardan olan 21 minə yaxın şəxsin məşğulluğu təmin edilib, həmçinin 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik biznes sahələri yaradılıb.
Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 331 min xidmət göstərilib.
Onu da bildirək ki, müharibə veteranları və iştirakçıları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar. Eyni zamanda, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər.
Əmək və vergi qanunvericiliyində də müharibə veteranları üçün bir sıra güzəştlər nəzərdə tutulub".
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










