Maşın hamilə qadını vurub öldürdü - FOTO

Bakıda maşın hamilə qadını vuraraq öldürüb. Avtosfer.-az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, Xocahəsən qəsəbəsində baş verib. Qəsəbə ərazisində yüksək sürətlə hərəkətdə olan “Volkswagen” markalı avtomobil yolu keçmək istəyən Həqiqət Məmmədovanı vurub. Zərbənin təsirindən piyada avtomobilin ön şüşəsini qıraraq avtomobilə daxil olub. Hadisədən sonra sürücü piyadanı xəstəxanaya çatdırıb. Lakin çoxsaylı xəsarətlər alan hamilə Həqiqət Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. İlkin ehtimala görə, qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub. Sürücünün ifadəsi alınıb, avtomobil cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar Baş Dövlət Yol İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI














