Maşın qatara girdi, ölən və yaralılar var

Bu gün saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub. Hadisə avtomobilin yük qatarını gözləmədən keçidi keçməsi nəticəsində baş verib. Minik maşınında olan bir nəfər ölüb, iki nəfər yaralanıb. Hələlik ölən və yaralananların şəxsiyyəti məlum deyil.
Qəza ilə əlaqədar yolda qatarların hərəkətinə məhdudiyyət qoyulub, hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə qatarla “VAZ 2106” markalı avtomobil toqquşub. APA-nın verdiyi məlumata görə, hadisə mayın 8-də axşam saatlarında rayonun Sabirkənd kəndində qorunmayan keçiddə baş verib. Sabirkənd kənd sakini, 1986-cı il təvəllüdlü Namiq Cəfər oğlu Tağıyev idarə etdiyi avtomobillə keçiddən keçərkən qatarla toqquşub. Qəza nəticəsində avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Sabirkənd kənd sakini Natiq Mahir oğlu Sadıqov hadisə yerində ölüb. Sürücü və digər sərnişin, kənd sakini 1996-cı il təvəllüdlü Elşad Elmar oğlu Heydərov yaralanaraq Şəmkir rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












