“Maskaları çıxarın!” - Hikmət Hacıyevdən sərt cavab

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalı zamanı bir milyondan çox azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb. İndi də həmin siyasət eyni formada davam edir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Samanta Pauerə cavabında bildirib.
“Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi kimi o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyəti məsələsini qaldırmağa və BMT TŞ-nin qətnamələrinin icrasını tələb etməyə cürət etməyib.
“Aurora” mükafatının himayəsi altında Samanta bu fondun qurucusu, Ukraynadakı separatizmi maliyyələşdirən bədnam oliqarx və pul yuyan Ruben Vardanyan ilə birləşdi. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiya tətbiq edilməsini tələb etdilər. Ruben Vardanyan həmçinin 2022-ci ilin oktyabrından Qarabağda peyda olduqdan sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.
Azərbaycanofobiya, türkofobiya, siyasi korrupsiya, “puldan söhbət” və “Aurora” mükafatı çərçivəsində siyasi spekülasyonlar, ehtimal ki, Ruben Vardanyan və Samantha Pauerin ortaq dəyərləri və maraqları idi.
Maskaları çıxarın! Azərbaycanda artıq USAID-in fəaliyyətinə yer yoxdur!” - Hikmət Hacıyev qeyd edib. (qafqazinfo)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












