Maştağada bitməyən xaos: Dar yol, tıxac, qəza təhlükəsi... - VİDEO

Sabunçu rayonu Maştağa qəsəbəsində günün müxtəlif saatlarında sıxlıq müşahidə olunur. Yol boyu park edilmiş avtomobillərlə yanaşı mikroavtobuslar da hərəkət iştirakçılarına maneə törədir, hətta bəzən qəza riski yaradır. Belə ki, mikroavtobus sürücüləri nəqliyyat vasitəsini geriyə verərkən çox vaxt yola baxmırlar. Onlar bununla kifayətlənməyərək avtobus dayanacaqlarını belə zəbt edirlər. Eyni zamanda avtobusların arasından yolu keçən piyadalar da təhlükə yaradırlar.
Avtosfer.az-ın məlumatına görə, qəsəbədə hökm sürən xaosla bağlı sürücü sosial şəbəkədə paylaşım edib. Görüntüdən aydın olduğu kimi, yol kənarında dayanmış mikroavtobuslar dar yolu daha da ensiz hala salırlar. Avtobus dayanacağını parkinqlə səhv salan sürücülər tıxacın yaranmasına səbəb olurlar. Nəticədə avtobus sürücüləri yolun hərəkət hissəsində dayanaraq sərnişin mindirib düşürməli olurlar. Bu zaman isə altenativ seçim imkanı olmayan sürücülər tamamilə zəbt olunmuş yolda dayanıb avtobusu gözləyirlər. Çünki əraziyə yeni 1.3 nişanlanma xətti çəkilib və kamera quraşdırılıb. Artıq sürücülər əks yola çıxa bilmirlər və bu da qəza riskini minimuma endirir.
Nərmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












