Mayın 10-da Bakıda bağlanacaq küçə və prospektlər - Siyahı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Gül bayramı, həmçinin ulu öndərin xatirəsinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 5-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 10-da Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edənlərin təhlükəsizliyini təmin etmək məqsədilə mayın 10-u saat səhər 08:00-dan başlayaraq tədbir qurtaranadək M.Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Bundan başqa, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 5-ci mərhələsinin keçirilməsi ilə əlaqədar 10.05.2015-ci il tarixdə paytaxtın Neftçilər, Zərifə Əliyeva, Parlament, Bülbül, İnşaatçılar prospektlərində, habelə Rəşid Behbudov, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi, Sona xanım Vəlixan, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Hüseyn Cavid, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Üzeyir Hacıbəyov və Rixard Zorge küçələrində nəqliyyat vasitələrinin hərəkəti saat 10:30-dan 14:30-dək fasilələrlə məhdudlaşdırılacaq.
İdarə əhalidən tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, şəxsı nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir. V.Əsədov, həmçinin bildirib ki, Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək Gül bayramı ilə bağlı mayın 10-da Şəmsi Bədəlbəyli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsinin kəsişməsinə qədər avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.
Emin
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












