Milli Məclisdə Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı qəbul olunub

Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı qəbul olunub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bəyanatı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli oxuyub.
Qeyd edək ki, bəyanatın mətni parlamentdə Qərbi azərbaycanlı kimi təmsil olunan 23 deputat tərəfindən hazırlanıb.
Bəyanatın mətnini təqdim edirik:
“Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridir.
İşğalın ağır nəticələrinə baxmayaraq, məhz Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması, beynəlxalq hüququn beş prinsipi, o cümlədən dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış edib. Təəssüf ki, Ermənistanın son 3 il ərzində törətdiyi hərbi-siyasi təxribatlar sülh danışıqlarına mane olub və bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərini qaçılmaz edib.
Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edildikdən sonra Ermənistanla sülh sazişinin bağlanması üçün artıq heç bir maneə qalmayıb. Bu il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri Birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş olub.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələri Azərbaycan Respublikası Prezidentinin regionda möhkəm sülh və sabitlik yaradılması və əməkdaşlıq əlaqələri qurulması istiqamətində təşəbbüs və səylərini qətiyyətlə dəstəkləyirlər. İcma nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridir. Bu, iki dövlət arasında real barışığın əldə edilməsinə və regionda birgəyaşayış mühitinin yaradılmasına yönələn önəmli addım olacaq”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












