Misir məhkəməsi Qahirə Universitetində niqabı qadağan edib

Misir məhkəməsi Qahirə Universitetində qadın müəllim heyəti arasında niqabı qadağan edən qərar çıxarıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə misirli vəkil Əhməd Məhran məlumat verib.
Qeyd olunub ki, Qahirənin İnzibati Hüquq Məhkəməsi Qahirə Universitetinin niqab geyinən 80 müəllim və əməkdaşının apellyasiya şikayətini təmin etməyib. Həmin əməkdaşlar universitet kampuslarında niqabın qadağan edilməsi barədə bundan əvvəlki məhkəmə instansiyasının qərarına etiraz etmişdilər.
Vəkil jurnalistlərə müsahibəsində bildirib ki, məhkəmənin son qərarı qətidir və ondan şikayət verilə bilməz. O qeyd edib ki, Misirdə qadınların əksəriyyəti saçlarını örtmək üçün hicabdan istifadə edirlər, lakin niqab adətən ifrat mühafizəkar qadınlar tərəfindən geyilir.
Qahirə Universiteti Misirin ən qocaman ali təhsil müəssisəsidir. Onun rektoru Məhəmməd Osman Elxoşt yerli mətbuata müsahibəsində bildirib ki, universitet rəhbərliyi məhkəmənin qərarına hörmətlə yanaşır.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












