Müəllim 1-ci sinif şagirdlərini təhqir etdi, töhmət aldı - VİDEO

Bakının Suraxanı rayonunda yerləşən 317 saylı tam orta məktəbin müəllimi 1-ci sinif şagirdlərinə qarşı kobud davranıb.
Avtosfer.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, görüntülər noyabr ayında çəkilib. İddiaya görə, müəllim videonu valideynlərə yanlışlıqla göndərib.
Məsələ ilə bağlı 317 nömrəli tam orta məktəbdən sorğumuza cavab olaraq bildirildi ki, Bakıda şagirdə qarşı kobud davranan müəllimə töhmət verilib: “Ötən ilin noyabr ayında məktəbin 1b sinfinin rəhbəri dərs zamanı şagirdlərin nəticələrini valideynə göstərmək məqsədilə telefonla videogörüntü çəkib. Görüntülər zamanı müəllimin şagirdə qarşı uyğunsuz davranışı nümayiş olunub. Məktəb rəhbərliyi tərəfindən müəllimlə söhbət zamanı o etdiyi əməli etiraf edib.
Müəllimin izahatı alınıb, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi ona töhmət verilib. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən şagird və valideynlərlə, həmçinin psixoloq tərəfindən şagirdlə söhbət aparılıb. Artıq son iki aydır şagirdlər müəllimləri ilə birlikdə dərslərdə iştirak edirlər, valideynlərdən hər hansı rəsmi şikayət daxil olmayıb”.
Qafqazinfo
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












