Narkomanlar dayanacağı sığınacağa çevirdi - Bakıda ACI MƏNZƏRƏ

Bakıda narkoman və tüfeyli həyat tərzi keçirən şəxslər dayanacaqlardan sığınacaq kimi istifadə edir.
Avtosfer.az məlumatına görə bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılır. Bildirilir ki, Nizami metrosu yaxınlığında “5 mərtəbə” adlanan ərazidə yerləşən qapalı avtobus dayanacağı narkomanların sığınacaq yerinə çevrilib. Sakinlər bu kimi hallara qarşı aidiyyəti qurumları tədbir görməyə səsləyirlər.
Lent.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb.
Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:
“Bu şəxslərin öz əməllərini həyat tərzinə çevirməsinin şahidi oluruq. Profilaktiki tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu kimi hallar aşkarlandıqda dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilir, həmin şəxsin təhlükəsizliyi təmin olunmaqla müvafiq tədbirlər görülür”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












