Natəvanın heykəli Fransada yenidən ucaldılacaq - Artıq abidə Parisə köçürülüb - FOTO

İsmayıllı (Azərbaycan) və Evian-Le-Ba (Fransa) şəhərləri qardaşlaşmış şəhərlər idi, amma Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizlikdən sonra bu əlaqələr rəsmən ləğv edildi.
Fransanın adı çəkilən şəhərində 2017-ci ildə ucaldılan heykəl “iki xalq arasında mədəni körpü” hesab olunurdu, amma görünən budur ki, mədəniyyətlər toqquşdu…
Avtosfer.az xəbər verir ki, indi Natəvanın heykəli Azərbaycanın Fransadakı səfirliyinin nəzdində olan Mədəniyyət Mərkəzinin bağında ucaldılacaq, artıq abidə Parisə köçürülüb.
Qeyd edək ki, Evian-Le-Ba şəhərinin meriyası vandalizmə uğrayan heykəlin bu şəhərdə qalacağını, bərpa ediləcəyini söyləmişdi. Görünür, heykəlin sonrakı taleyi üçün zəmanət vermək çətin olub. Vandallar isə abidənin üzərinə boya atmaqla kifayətlənməyib, onun bəzi hissələrini də qırıblar.
Məhəbbət Tərlanoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













