Nazirlər Kabinetində təhlükə potensiallı obyektlərlə bağlı iclas keçirildi

Azərbaycan Baş nazirinin müavini, “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın sədri Şahin Mustafayevin rəhbərliyi ilə növbəti iclas keçirilib.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclasda Komissiyanın “2024-cü il üzrə İş planı”, “Təhlükə potensiallı obyektlər, eləcə də təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqlara, qurğulara və digər alət və vasitələrə dair müasir tələblərə uyğun ilkin qəbul edilməsi zəruri olan texniki reqlamentlərlə bağlı Tədbirlər Planı”, “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələr, o cümlədən ammonium nitratla çirklənmiş Azərbaycan ərazilərində mövcud problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” müzakirə olunaraq təsdiq edilib.
İclasda, həmçinin Komissiyanın Elektron Məlumat Bazasının (Portalının) formalaşdırılmasına, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan “Təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri”nin hazırlanmasına, təhlükə potensiallı obyektlərin istismarı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsinə, habelə Komissiyanın üzvü olan dövlət orqanlarına (qurumlarına) fəaliyyət istiqamətlərinə aid təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












