FHN gücləndirilmiş rejimdə çalışacaq

Gündəm 26 May 2026 09:53
FHN gücləndirilmiş rejimdə çalışacaq
WhatsApp kanalımıza abunə olun

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

FHN-dən Avtosfer.az-a verilən məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Oxunub : 126
ŞƏRH YAZ
Ad

E-mail

Şərh