Son günlər artan yağışlar İran bombalarının nəticəsidir? – Ekoloq AÇIQLADI

May ayında müşahidə olunan intensiv yağıntılar iqlim dəyişikliyinin təsirləri ilə əlaqələndirilir.
Havaların qeyri-sabit keçməsi, güclü yağışların sayının artması və mövsümi dəyişikliklər artıq bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da hiss olunur.

Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamasında bildirib ki, may ayında yağıntıların artmasının iqlim dəyişikliyi ilə müəyyən bağlılığı olsa da, bütün halları yalnız bununla əlaqələndirmək düzgün deyil. Müəyyən hava cərəyanları da yağıntının artmasına səbəb ola bilər:
“May ayında daxil olan hansısa hava cərəyanı yağıntı gətirə bilər. Bu demək deyil ki, bunu tam şəkildə iqlim dəyişikliyi ilə bağlamaq lazımdır. Ümumi anlamda iqlim dəyişikliyinin təsiri var. Havanın temperaturu orta hesabla 1,5-2 dərəcə artıb.
Burada söhbət illik orta temperatur göstəricisindən gedir. Bunun gələcəkdə daha da artacağını, azalacağını və ya dayanacağını indidən dəqiq demək çətindir”.
Ekoloq qeyd edib ki, son günlər sosial şəbəkələrdə səsləndirilən bəzi iddialar ciddi qəbul olunmamalıdır:
“Bir neçə gün əvvəl bəzi iddialar səsləndirilirdi ki, İranda baş verən bombalama və ya Ərəb Əmirliklərində Amerikanın hansısa bazasının vurulması bu yağışları “gizlətmək” məqsədi daşıyır.
Bunların hamısı qeyri-ciddi fikirlərdir. Yağıntılar təbii şəkildə yağır. Hazırki yağıntılar kənd təsərrüfatı üçün daha çox faydalıdır. Yağışlar otun bitməsinə, taxılın boy atmasına müsbət təsir göstərir.
Eyni zamanda meyvə bağlarının və tərəvəz sahələrinin su təminatına kömək edir. Bu baxımdan hazırkı yağıntılar kənd təsərrüfatı üçün əsasən faydalı hesab olunur.
Yağıntının zərəri əsasən məhsul yığımı dövrlərində müşahidə oluna bilər. Xüsusilə payız aylarında pambıq və üzüm yığımı zamanı yağan yağışlar məhsula mənfi təsir göstərə bilər".
Fatimə
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












