Nəqliyyat dəhlizlərinin inkişafında Dünya Bankı ilə əməkdaşlıq ediləcək

Türkmənistan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq multimodal nəqliyyat dəhlizlərinin inkişafında Dünya Bankı ilə əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Serdar Berdiməhəmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə deyib.
Görüş zamanı Türkmənistanın strateji baxımdan əlverişli coğrafi mövqeyinin nəqliyyat-logistika sektorunun inkişafında əsas amil olduğu qeyd edilib. Ölkədə müxtəlif nəqliyyat növləri üçün rabitə sistemlərinin formalaşmasına böyük əhəmiyyət verilir. Bu kontekstdə “Şimal-Cənub” və “Şərq-Qərb” regional və beynəlxalq multimodal nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edən dövlət başçısı Türkmənistanın onların yaradılması üzrə layihələrdə iştirakla bağlı Dünya Bankının konkret təkliflərini nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyib.
Antonella Bassani Türkmənistanın Xalq Məsləhəti Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovla da görüşüb. Onlar logistika və nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib, beynəlxalq transxəzər daşımalarının intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar. Sədr bununla bağlı qeyd edib ki, Avropa və Asiya regionlarını birləşdirən Türkmənbaşı Beynəlxalq Dəniz Limanı tranzit imkanlarının artırılması üçün böyük potensiala malikdir. Türkmənistanın Dünya Bankı ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və nəqliyyat dəhlizlərinin yaradılması sahəsində həyata keçirilən layihələrdə iştirakla bağlı konkret təkliflərini nəzərdən keçirməyə hazır olduğu təsdiqlənib.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












