Nəqliyyat Nazirliyinin işçiləri məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə baş vermiş qəza ilə bağlı təqsirləndirilən şəxslərin məhkəməsinin hazırlıq iclası davam edib. Hakim Cavid Hüseynovun hazırlıq iclasında bildirib ki, məhkəməyə Baş Prokurorluqdan 11 yanvar tarixində məktub daxil olub. Məlumatda qeyd edilib ki, zərərçəkən şəxslərə Avstriya səfirliyi və Avropa Komitəsi tərəfdən istintaqın başa çatması və işin məhkəməyə göndərilməsi barədə məlumat verilib.
Prosesdə sabiq polis əməkdaşı Elçin Həsənovun vəkili vəsatətlə çıxış edib. O bildirib ki, onun müdafiə etdiyi şəxsin heç bir cinayət əməli yoxdur. O, artıq Daxili İşlər orqanlarından xaric edilib. Onun barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Vəkil eləcə də, bu vəsatətin təmin olunmayacağı təqdirdə müdafiə etdiyi şəxsin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Digər təqsirləndirilən şəxs - sürücü Vəli Əhmədovun vəkili vəsatətlə çıxış edərək bildirib ki, ittiham üzrə zərərçəkən şəxslərin heç bir iş üzrə ifadəsi yoxdur: "Buna görə verilən ittiham natamamdır. Cinayət işini ibtidai istintaqa qaytarılmasını istəyirik".
Digər təqsirləndilən şəxslərin vəkilləri də müdafiə etdikləri şəxslər barəsində olan cinayət işinə xitam verilməsini, bu olmayacağı təqdirdə barələrində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər.
Prokuror çıxış edərək vəsatətlərin təmin olunmamasını istəyib. Hakimlər kollegiyası qərar qəbul etmək üçün müşavirəyə gedib. Qərara əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib.
Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib. Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov tutulub. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Lent.az
İrəvandan təxribat - Bakı hərəkətə keçdi
Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI










