Nuran Abdullayev: "Avropada Azərbaycan Prezidentinə vədini yerinə yetirən Lider kimi rəğbət bəslənilir"

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev Prezident İlham Əliyevi doğum günü münasibtilə təbrik edib.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, uzun ömür, möhkəm cansağlığı arzularımı çatdırır, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.
Sizə yaşadığım Almaniyada, eləcə də sıx əlaqədə olduğum digər Avropa ölkələrində hər zaman xalqının önündə qürurla dayanan və verdiyi hər bir sözü yerinə yetirən əvəzedilməz Lider kimi rəğbət bəslənilir. Bunu istər siyasi, istərsə də akademik arenada əcnəbi vətəndaşlardan eşitmək ürəyi daim Vətənlə döyünən bir azərbaycanlı kimi mənə böyük qürur hissi yaşadır.
Cənab Ali Baş Komandan, dövlətçilik ənənələrinə sadiq olan, dövlətçilik prinsiplərini əsas tutan gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğı məndə və digər gənc dostlarımızda hər zaman böyük ruh yüksəkliyi yaradıb. Siz gənclərə hər addımda insanın öz kökünə və tarixinə sadiqliyi, xüsusən də ata və onun vəsiyyətinin müqəddəsliyi dərsini nümayiş etdirirsiniz. O sadiqlik və ata vəsiyyəti ki, məhz onunla biz doğma Vətənimizi bu gün bütövləşən görmüşük.
Azərbaycanı daim zirvələrə ucaltdığınız, Vətənimiz naminə bütün mübarizələrdə xalqımızı və dövlətimizi qalib etdiyiniz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.
Sizi əmin etmək istəyirəm ki, gələn il keçiriləcək və tariximizə Zəfər seçkiləri kimi düşəcək növbədənkənar prezident seçkilərində hər zaman dövlətçilik ənənələrinə sadiq olan biz gənclər Sizi – müzəffər Sərkərdəmizi dəstəkləyəcəyik. Əminik ki, bu dəfə də qalib Siz, Azərbaycan xalqı və Azərbaycan dövləti olacaqdır.
Sizi həm öz adımdan, həm də hər zaman qayğınızı görən ailəmiz adından bir daha təbrik edirəm.
“Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İB ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
"Bütün sürücülər maşın sürməli deyil" - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










