Obyekt sahiblərinə DİN-dən XƏBƏRDARLIQ - VİDEO

Paytaxt ərazisində bəzi obyekt sahibləri ümumi istifadədə olan yolu zəbt ediblər.
Kimisi dəmir, kimisi isə şlaqbaum qoyaraq yolu daraldıb, piyadaların keçidinə mane olurlar.
Obyekt sahibləri aidiyyəti qurumlardan icazə aldıqlarını, sənədlərinin olduğunu deyiblər.
Daxili İşlər Nazirliyindən isə sözügedən məsələyə sərt reaksiya verilib:
“Binaların həyətlərində, yolların kənarlarında müxtəlif vasitələrlə şəxsi istifadə üçün qanunsuz olaraq quraşdırılan süni maneələrlə bağlı aşkar olunan faktlar və vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə əraziyə baxış keçirir və həmin süni maneələrin sökülməsi təmin edilir. Bu kimi hüquqpozmalara yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilir”.
Ətraflı Baku TV-nin süjetində:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












