Olimpiya stadionu sınaqdan keçiriləcək- Yollar bağlanacaq

Gündəm 7 May 2015 17:10 Oxunub 1512
Olimpiya stadionu sınaqdan keçiriləcək-  Yollar bağlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayın 9-da saat 12:00-dan 19:00-a qədər həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Mayın 9-da Olimpiya Stadionunun Avropa Oyunları ilə bağlı hazırlıq vəziyyəti sınaqdan keçiriləcək. 

Avtosfer.az "qafqazinfo"ya istinadən məlumat verir ki, ictimaiyyət üçün qapalı olan tədbir, son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur.

Mayın 9-da saat 12:00-dan 19:00-a qədər Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırırıq ki, həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.

Mayın 9-da Bakı 2015 Avropa Oyunları zamanı, şəhərdaxili nəqliyyatın hərəkət planı barədə ən son məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərsiniz:

Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;

Nəqliyyat Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifələri;

Radio, rəsmi internet və facebook səhifələri də daxil olmaqla NİİM-in əlaqə kanalları.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh