Ölkədə taksidən istifadə azalıb? - "Statistikası həqiqəti əks etdirmir"

Bir neçə gün bundan öncə Dövlət Statistika Komitəsi sərnişinlərə xidmət edən nəqliyyat növlərinin yanvar-mart ayları üzrə statistikasını təqdim edib. Verilən məlumata əsasən, Azərbaycanda nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Qeyd edək ki, 2022-ci ildə sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Bu ilin göstəricilərinə əsasən, taksidən istifadə edən sərnişinlərin sayı azalıb.
Hər addım-başı taksilərlə qarşılaşdığımız halda, bu azalmanın səbəbi nədir?
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, bu statistik rəqəm həqiqəti əks etdirmir: “Ümumiyyətlə, bəzi taksi fəaliyyəti ilə məşğul olan şəbəkələr var ki, qanunsuz olaraq çalışırlar. İlk növbədə taksilərin statistikası fərqlənmə nişanı ilə aparmalıdır. Amma müşahidələr onu göstərir ki, fərqlənmə nişansız taksi kimi çalışanlar çoxdur. Bunları nəzərə alaraq deyə bilərəm ki, bu statistik rəqəm reallığa uyğun deyil. Çünki bu hallarda taksilərin dəqiq statistikasını aparmaq mümkün deyil”.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












