Özü belə edənin təlimi necə olar? - ŞOK VİDEO

Son zamanlar ölkədə, xüsusilə paytaxt Bakıda avtomobil təlimçilərinin sayı artıb. İlk baxışdan bu yaxşı bir hal kimi görünür. Amma sosial şəbəkələrdə yayılan bəzi görüntülər tam əksini deyir.
Avtosfer.az xəbər verir ki, görüntülərdən biri də 99-KZ-980 dövlət nömrə nişanlı “Jasmin sürücülük kursu”nun təlim avtomobilinin sürücüsünə məxsusdur. Belə ki, sürücü sükan arxasında kobud qayda pozuntusu edərək bir əlində telefon hansısa bir məsələni həll edir. Bununla yanaşı, sürət həddi 90 km/saat olan Ziya Bünyadov prospektində digər avtomobilləri bir bir geridə qoyur. Yəqin ki, vacib bir məsələdir. Özü belə edənin təlimi isə çox maraqlıdır.
Görünür ki, belə təlimçilər gələcəyin sürücülərini yollarda təhlükə yaratmaq üçün yetişdirir.
Qeyd edək ki, hadisə 15 aprel saat 13:20 radələrində Ziya Bünyadov prospektində lentə alınıb.
Nurlan Sakitoğlu
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib












