Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu

Bərdədə həyat yoldaşının ölümü ilə nəticələnən qəzada təqsirləndirilən Nadir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə N.Həsənov 5 il azadlıqdan məhrum edilib . O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.
İttihama görə, hadisə bu il mayın 24-də Bərdənin Mehdixanlı kəndi ərazisində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Nadir Həsənov idarə etdiyi 66-BG-465 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobili yol kənarındakı arxa aşırıb. Nəticədə maşında olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb.
Məlumata görə, hadisə vaxtı M.Həsənov və həyat yoldaşı ilə birlikdə bacanağıgildə təşkil edilən məclisdən gəlirlərmiş. M.Həsənov məclisdə spirtli içki qəbul edəndən sonra öz avtomobili ilə hərəkətə başlayıb. O, rayonun Mehdixanlı kəndində idarəetməni itirib və avtomobil yolun kənarındakı su arxına düşüb.
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA











