Paytaxt küçələrində yoldan seçilməyən piyada zolaqları - FOTO

Son illərdə yol-nəqliyyat hadisələri zamanı həyatını itirənlərin 50 faizindən çoxu piyadavurmaların payına düşür. Bu qəzaların baş verməsinə səbəb sürücülərlə yanaşı piyadaların da məsuliyyətsiz davranışlarıdır.
Piyadaların təhlükəsiz şəkildə hərəkəti üçün keçidlər və zolaqlar təşkil olunsa da təəssüf ki, hər kəs istifadə etmir. Müxtəlif bəhanələr gətirən bəzi piyadalar özləriylə yanaşı sürücüləri də qəza riskiylə üz-üzə qoyur. Səhv piyadada olsa belə nəzərdə tutulmuş qanuna əsasən, sürücü məsuliyyətə cəlb olunur. Təbii ki, sürücülərin qayda pozmasıyla nəticələnən qəzalar da kifayət qədərdir. Piyada zolaqdan keçsə də diqqətsiz hərəkət edən, sürət həddini aşan sürücünün qəza törətməsi qaçılmaz olur. Nəticədə isə o, həm özünün, həm də piyadanın həyatını qaraldır.
Digər bir amil isə piyadaların hərəkəti üçün nəzərdə tutulan keçidlərin olmaması, azlığı və zolaqların vaxtında rənglənməməsidir. Ərazidə yeraltı və yerüstü keçidlər olmadığı zaman piyada yolla hərəkət etməli olur. Həmçinin şəhərin bəzi küçələrində piyada zolaqlarının yararsız hala düşməsi yolu keçən insanlar və sürücülər üçün təhlükədir. Yaxınlıqda yaşayan sakinlər yoldan seçilməyən zolağa bələd olsa belə digər piyadalar və sürücülər üçün bunu demək çətindir. Nəticədə yoldan keçən sürücü zolağı görmür və qəzaya səbəb olur. Təbii ki, bu halda günahı piyada və sürücüdə axtarmaq olmaz. Belə olduqda əraziyə nəzarət edən aidiyyəti qurum nəzarəti əldən buraxmamalı və ya insanların müraciətlərinə vaxtında cavab verməlidir.
Məsələn, paytaxtın Məhəmməd Hadi küçəsində piyada zolaqlarının istifadəyə yararsız olmasıyla bağlı fotoşəkil sosial şəbəkədə paylaşılıb. Şəkildən aydın olduğu kimi, zolaq tamamilə görünməz haldadır.
Nəqliyyatın ən sıx olduğu küçələrdən olan “28 Mall” ticarət mərkəzinin qarşısı və “Neftçilər” metrostansiyasının ətrafındakı piyada zolaqları da eyni vəziyyətdədir.
Həmçinin “8-ci kilometr bazarı”nın qarşısı və Sadıqcan küçəsindəki zolaqlar da istifadədən çıxıb.
Ərazidə yaşayan sakinlərin iddiaalarına görə, zolaqlar uzun müddətdir ki, bərbad vəziyyətdədir. Sakinlərin bir qismi, problemlə bağlı bir il öncə yerli icra hakimiyyəti orqanına müraciət etdiklərini, lakin şikayətlərinin nəticəsiz qaldığını əlavə ediblər.
Olduqca mühüm əhəmiyyət kəsb edən bu məsələnin gec də olsa aidiyyəti orqan tərəfindən görüləcəyinə və tez zamanda həll olunacağına ümid edirik.
Nərmin
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI














